...

Azərbaycan neftinin qiyməti: 16-20 aprel həftəsinin yekunları

Energetika Materials 23 Aprel 2007 16:18 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 16-20 aprel həftəsinin yekunları

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/16-20 aprel həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $65,52/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,77/barr və ya 2,6 faiz azdır.

16-20 aprel həftəsindəAZERI LT neftinin maksimal qiyməti $67,52/barr, minimal qiyməti isə $65,38/barr tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

16-20 aprel həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $61,43/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,78/barr və ya 2,8 faiz azdır.

16-20 aprel həftəsində URAL neftinin maksimal qiyməti $62,31/barr, minimal qiymət isə $60,15/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

16-20 aprel həftəsində Brent Dated neftinin orta qiyməti $66,14/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,91/barr və ya 2,8 faiz azdır.

Brent neftinin maksimal qiyməti $67,12/barr, minimal qiymət isə $66,14/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti