Avropa İttifaqı yanında təhlükəsizlik məsələləri üzrə İnstitutun baş tədqiqatçısı doktor Valter Poş, xüsusi olaraq Trend üçün
Ölkənin Aİ qarşısında öhdəlikləri sırasına daxi olan Iranın nüvə problemi, bir neçə il ərzində bu ölkədə enerji təhlükəsizliyi və insan hüquqları kimi məsələlər üzərində üstünlük təşkil edib. Aİ İranın sülh məqsədli nüvə enerjisi hüququnu inkar etmir və ABŞ - dan fərqli olaraq, heç vaxt bu problemin hərb yolu ilə həllini qarşısına məqsəd qoymayıb. Lakin Aİ İran İslam Respublikasına izah edib ki, o, İranın nüvə silahı istehsal etmək imkanını qəbuledilməz hesab edir.
Aİ-nin 2005, 2006 -cı illərdə və 2008 -ci ildə İrana etdiyi bir neçə təklifdə qeyd edilib ki, bu ölkənin sülh məqsədli nüvə enerjisinə təlabatı var. 2005 - ci ildə İrana edilmiş təklif Aİ-nin bazis təklfi idi. 2006 və 2008 -ci illər təkliflər paketi, - ABŞ, Rusiya və Çinin tam dətəklədiyi təkliflərdir.
Beynəlxalq ictimaiyyət danışıqlara başlamaq üçün P5+1 qrupunun (BMT-nin beş daimi üzvü + Almaniya) və Aİ-nin Ali komissarı Havyer Solananın irəli sürdüyü təkliflər əsasında, İran probleminin həllinə "dondurulmaq üçün dondurulma" kimi yanaşmanı təklif edirlər ki, bu da beynəlxalq ictimaiyyətin öz qadağalarını, İranın isə, uranın zənginləşdirməsini "dondurması"deməkdir.
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solananın dediyinə görə, "danışıqların texniki xüsusiyyətləri əsas məsələni - etibar məsələsini kənarda qoyur".
İranın nüvə proqramı üçün birinci addım ola biləcək, uranın zənginləşdirməsi məsələsində inadı, İranın gələcək niyyətləri ilə bağlı şübhələri artırır.
İndi məsələ ondadır ki, Tehran buna necə münasibət göstərəcək. Həmişə olduğu kimi, İranın xarici siyasəti milliyyətçidir, yəni "özündən başqa heç kəsi görmür" və ideoloji siyasi fraksiya siyasi realistə qarşı çıxış edir. Sonuncu İrandakı islahatçı düşərgəsi ilə kifayət qədər eyniləşib.
İndiyədək Tehran hər iki yolla gedə bilirdi. Bu o deməkdir ki, İran danışıqlar aparmaqla, eyni zamanda öz nüvə proqramı üzərində işi davam etdirib.
İran fraksiyaçılğı baxımından bu, ədalətli idi. Bu o deməkdir ki, hər iki tərəf öz siyasətini müəyyən qədər davam etdirib.
Lakin bu dəfə Tehranın əlinə çox gözəl imkan düşüb;cari təklifləri 5+1 ölkələri dəstəkləyiblər. ABŞ da, öz növbəsində, göstərdi ki, o, İranın nüvə probleminin diplomatik həllində maraqlıdır.
İndi İran hətta "dondurulmaq üçün dondurulma" kimi yanaşmanı rədd etsə, beynəlxalq ictimaiyyətin qadağaların tətbiqini davam etdirməkdən başqa çıxış yolu qalmır. Bu da yəqin ki, İranda hakimiyyətə mənsub maliyyə sektorlarına və müəyyən müəssisələrə şamil ediləcək.
Bu qadağalar, çox güman ki, rejimdə qısamüddətli təəssürat qoymayacaq. Çünki iranlılar qadağalar nəticəsində yaranmış iqtisadi çətinlikləri, müharibə illərinin təcrübəsi ilə müqayisə edirlər.
Aİ və P5+1 qadağalar əvəzinə qadağalar tətbiq etməyi o qədər də istəmirlər; daha doğrusu, onların başı beynəlxalq ictimaiyyətin etibarını qazanmağa qarışıb. Buna görə də, rəsmi Tehrandan nə vaxt "müsbət siqnallar"olsa, qadağalar o zaman ləğv edilə bilər.
Bu yanaşma İrana münasibətdə ABŞ (Təcavüz) ilə Rusiya və Çin (Təskinlik) arasında vasitəçi mövqeyini dəstəkləyən Aİ ərəfindən irəli sürülüb.
Aİ bu məsələdə bu günədək kifayət qədər çox şeyə nail olub. Bütün bunları İranın nüvə problemi üzrə danışıqlarda vahid yolun tutulmasından ötrü, beynəlxalq ictimaiyyətin diplomatiyası və məsuliyyəti təmin edib.
Bu gün ABŞ - İran münasibətlərinin bərpa olunmasına cüzi imkan var (Əks halda, ABŞ, çətin ki, sonuncu danışıqlarda iştirak edərdi), Aİ-nin Ali komissarı, "yorulmaz" Solananın diplomatik səyləri olmasaydı, bu kiçik imkan da olmazdı.
Tehran həmişə həm Qərb ilə (Amerikayönlü Avropa) Şərq (Rusiya, Çin, "Bitərəflər hərəkatı") arasında və ya Avropa İttifaqı daxilindəki qarşıdurmalar və vahidliyin olmaması əsasında "oyun" aparıb. Lakin 2008 - ci ilin iyul təklifləri və qadağaların "qəbulu" BMT Təhlükəsizlik Şurası və Aİ daxilində aparılan uzun və çətin danışıqların nəticəsidir. Buna görə, Aİ-nin birliyi və beynəlxalq həmrəylik müsbət (Tehran təklifləri qəbul etdikdə) və mənfi (Tehran onları rədd edəndə) şəkildə, öz-özlüyündə, ağlabatan hesab oluna bilər.
Lakin qadağaların tətbiq edilməsi üçün şərait dəyişib. Qadağalar birtərəfli qaydada Aİ tərəfindən qoyulmayıb, onlar BMT Təhlükəsilik Şurası vasitəsilə beynəlxalq ictimaiyyət tərəfindən qoyulub. Siyasi vəziyyət də dəyişib, çünki Tehran bundan sonra Rusiya və Çinin anlayışlarına bel bağlaya bilməz. Pekin və Moskva, faktiki olaraq, Tehran tərəfindən getdikcə daha çox məyus olur. Ölkənin hətta Hindistan kimi ənənəvi dostu ilə də münasibətləri soyuqlaşır. Nəticə etibarilə, ciddi beynəlxalq təcridlə toqquşmağa risk edir.
Müəllifin rəyi Trend informasiya agentliyi redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər