...

Çində torpaq sürüşməsi: 14 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Yanvar 2022 17:49 (UTC +04:00)
Çində torpaq sürüşməsi: 14 nəfər ölüb

Bakı. Trend:

Çinin cənub-qərbindəki Quycou vilayətində tikinti sahəsində baş verən torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub.

Trend xəbər verir ki, hadisə Bicie şəhərində baş verib. Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində 14 nəfərin meyiti tapılıb. Yüngül xəsarət almış 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələrinin və polis əməkdaşlarından ibarət mindən çox insan cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti