...

"SpaceX" orbitə hipersəs raketlərini izləmək üçün ilk ABŞ peyklərini buraxır

Dünya xəbərləri Materials 5 Aprel 2023 12:26 (UTC +04:00)
"SpaceX" orbitə hipersəs raketlərini izləmək üçün ilk ABŞ peyklərini buraxır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maska məxsus özəl kosmik şirkət "SpaceX" ABŞ Müdafiə Nazirliyinin maraqlarına uyğun olaraq hipersəs raketləri izləmək üçün 10 peyki orbitə çıxarıb.

Trend-in məlumatına görə, Kosmik İnkişaf Agentliyinə (SDA) aid olan "Tranche 0" peykləri aprelin 2-də "Falcon 9" raketi ilə orbitə buraxılıb.

Buraxılış əvvəlcə martın 30-na planlaşdırılırdı, lakin "SpaceX" bunu bir neçə gün təxirə salmalı oldu. SDA 2019-cu ilin mart ayında ABŞ Müdafiə Nazirliyinə aşağı Yer orbitində daha dayanıqlı kosmik arxitektura qurmağa kömək etmək üçün yaradılıb.

Kosmik İnkişaf Agentliyi orbitə cəmi 28 kosmik gəmi çıxarmaq istəyir. 18 peykdən ibarət olan "Tranche 0" qrupunun ikinci hissəsi iyun ayında orbitə göndəriləcək. Sözügedən kosmik gəmi Lockheed Martin, L3Harris, York və "SpaceX" tərəfindən inşa ediləcək .

Peyklər Mach 5-də ( 6174 km/s ) hərəkət və manevr edə bilən ballistik və hipersəs raketləri aşkar edəcək və izləyəcək. Verilən məlumata görə, 2025-ci maliyyə ilinə qədər ilk 28 kosmik gəminin yaradılması, buraxılması və istismarının ümumi dəyəri 980 milyon dollara başa gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti