...

Türkiyədə meşə yanğınları - bu məhəllələr boşaldılıb

Dünya xəbərləri Materials 26 İyul 2023 20:47 (UTC +04:00)
Türkiyədə meşə yanğınları - bu məhəllələr boşaldılıb

Bakı.Trend:

Türkiyənin İzmir bölgəsinin Kınık rayonunda meşə yanğını başlayıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təxminən 3 saat davam edən yanğının presləmə maşınının səbəb olduğu iddia edilib.

Bundan başqa, İbrahimağa Məhəlləsində də meşə yanğını başlayıb. Yanğına İzmir Meşə Region Müdirliyi qrupları 15-i vertolyot və 7-si təyyarə olmaqla 22 təyyarə, 50 çiləyici, 20 su təchizatı və 7 dozerlə qurudan müdaxilə edib. Digər tərəfdən ot bağlama maşınının alovlanmasından sonra başlayan yanğının ağaclara keçdiyi bildirilib.

Bildirilib ki, qruplar ehtiyat tədbiri olaraq bölgədəki Balaban, Çiftlik və Karatekeli məhəllələrini boşaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti