Bakı. Trend:
Əfqanıstanda 6,6 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar Qazaxıstandakı seysmik stansiyalar tərəfindən qeydə alınıb.
Zəlzələnin episentri Əfqanıstan ərazisində, Almatı şəhərindən 851 kilometr cənub-qərbdə, ocağı 35 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, avqustun 5-də Kabildə 5,8 bal gücündə zəlzələ olub. Həmin zəlzələnin episentri Bədəxşan əyalətində, Faizabad şəhərindən 75 kilometr cənubda yerləşib.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.