...

Pentaqon Rusiyanın “Starlink”ə icazəsiz girişini dayandırdı

Dünya xəbərləri Materials 10 May 2024 09:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pentaqon Rusiyanın “Starlink” peyk rabitə terminallarından qanunsuz istifadə etməsinin qarşısını alacaq.

Trend bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plambın sözlərinə görə, Rusiya "Starlink" və digər kommersiya rabitə sistemlərindən istifadə etmək üçün yollar tapmağa çalışır.

“Bu məsələ ABŞ üçün problem olaraq qalır. Lakin Vaşinqton və müttəfiqləri yaxşı həllər tapıblar", - deyə Pentaqon şefinin köməkçisi əlavə edib.

Bu ilin fevral ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, "Starlink" terminallarından ölkələrində rəsmi olaraq istifadə edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti