Bakı. Trend:
Aya və Marsa pilotlu uçuşlar üçün olan "Starship" raketinin növbəti, dördüncü sınaq buraxılışı uğurlu olub.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.
Yer ətrafında bir orbitdən sonra gəmi Hind okeanında eniş edib.
Çox istifadə edilə bilən "Starship" raket sistemi kosmik gəmisindən və "Super Heavy" daşıyıcıdan ibarətdir. Onun hündürlüyü 120 metrdən çoxdur. O, dünyada indiyə qədər hazırlanmış hər hansı digər raketdən daha hündürdür