...

ABŞ bir qrup kəşfiyyat peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 23:12 (UTC +04:00)

Bakı. Trend:

"Falcon 9" raketi ABŞ Milli Kosmik Kəşfiyyat Bürosu maraqlarına uyğun olaraq "NROL-176" missiyasının çərçivəsində cümə axşamı günü orbitə peyklər qrupunu çıxarıb.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.

Məlumata əsasən, raketin optik-elektron kəşfiyyat peykləri ilə buraxılışı ABŞ Sakit okean vaxtı ilə saat 10:13-də ABŞ-ın Vandenberq Kosmik Qüvvələrinin Kaliforniyadakı bazasından həyata keçirilib. Təxminən bir saat sonra qurğular orbitə buraxılıb.

Peyklərin təyinatı haqqında ətraflı məlumat məxfi saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti