...

Tramp sabah Putinlə danışmağı planlaşdırır

Dünya xəbərləri Materials 17 Mart 2025 08:46 (UTC +04:00)
Tramp sabah Putinlə danışmağı planlaşdırır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evin mətbuat xidmətinə bildirib.

"Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Baxaq, bəlkə çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı prezident Putinlə danışacağam", - deyə D.Tramp bildirib.

D.Tramp qeyd edib ki, V.Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti