...

Ərdoğan Putinə Türkiyənin Ukrayna ilə bağlı danışıqları qəbul etməyə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 11 May 2025 15:14 (UTC +04:00)
Ərdoğan Putinə Türkiyənin Ukrayna ilə bağlı danışıqları qəbul etməyə hazır olduğunu bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Ukrayna münaqişəsinin həlli üzrə birbaşa danışıqlara ev sahibliyi etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib.

"Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Rusiya prezidenti Putinin İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası ilə bağlı açıqlamasını alqışlayıb və Türkiyənin qalıcı həllə gətirib çıxaracaq danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib", - deyə Türkiyə Prezident Administrasiyasından bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti