Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı keçirib, xüsusən də onlar Ukrayna nizamlanması məsələsini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
"Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin siyasi və diplomatik yollarla sülhə nail olmaqda maraqlı olduğunu təsdiqləyib və böhranın yekun, ədalətli və hərtərəfli həlli üçün onun ilkin səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb", - deyə qeyd olunub.
İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası kontekstində Rusiya prezidenti "hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinə dair ikinci raundda əldə olunan konkret razılaşmalar barədə məlumat verib".