Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Rusiya vətəndaşları daxil olmaqla, 25 xarici vətəndaşı ölkədən deportasiya edib.
Trend bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, son günlər ərzində həyata keçirilmiş tədbirlər nəticəsində Gürcüstandan Ermənistan, Banqladeş, Misir, Hindistan, İran, Çin, Nigeriya, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Türkiyə vətəndaşları deportasiya olunub.
Deportasiya edilən şəxslərin Gürcüstana gələcəkdə girişinə qadağa qoyulub.