Bakı. Trend:
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti qanunsuz radioaktiv maddə alqı-satqısının qarşısını alıb. Belə ki, Gürcüstan vətəndaşı Batumidə Türkiyə vətəndaşına 3 milyon dollar müqabilində uran satmağa çalışıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu bəyanat yayıb.
“Gürcüstan vətəndaşı sözügedən nüvə materialını Türkiyə vətəndaşına 3 milyon ABŞ dollarına satmağa çalışıb. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları hər iki şəxsi saxlayıb”, - deyə məlumatda qeyd olunur.
Baş Prokurorluğun dəqiqləşdirməsinə görə, hər iki saxlanılan şəxsə qarşı artıq Gürcüstan Cinayət Məcəlləsinin “Nüvə materialları və qurğuları, radioaktiv tullantılar və maddələrlə qanunsuz rəftar” maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə beş ildən on ilədək azadlıqdan məhrumetməni cəzası nəzərdə tutulur.
Prokurorluq artıq istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edib.