...

Azərbaycan və Bolqarıstan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib

Siyasət Materials 14 Noyabr 2011 18:40 (UTC +04:00)
Bolqarıstan Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Noyabrın 14-də Azərbaycan-Bolqarıstan sənədləri imzalanandan sonra Bolqarıstan Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.

Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bolqarıstan Prezidenti Georgi Pırvanov "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Təltif olunma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Georgi Pırvanov mətbuata bəyanatlarla çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti