Bakı. Trend:
Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə "Aviasiya əməliyyatları" mövzusunda təlim kursu başlayıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.
Kurs dekabrın 9-dək davam edəcək.