...

Türkiyədən Azərbaycana gətirilən uşaqların son vəziyyəti açıqlanıb (VİDEO)

Gündəm Materials 13 Fevral 2023 11:32 (UTC +04:00)
Türkiyədən Azərbaycana gətirilən uşaqların son vəziyyəti açıqlanıb (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend

Türkiyədə ağır zəlzələdə yaralanan və Azərbaycana gətirilən 10 uşağın son vəziyyəti açıqlanıb.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova jurnalistlərə açıqlamasında bildirib ki, uşaqlar ailələri ilə birgə gətirilən kimi dərhal palatalara yerləşdirilib.

"Müayinə edilən uşaqlar arasında 2020-ci il təvəllüdlü Asel Kutluda yüngül katoral əlamətlər və qızdırma olub. Müalicəsi üzrə müvafiq təyinatlar verilib. Digər 8 günlük körpədə yol stresi, yeni doğulumuşun sarılığı baş verdiyi üçün müvafiq müalicələrə başlanıb. Hazırda uşaqların vəziyyəti kafidir", - A.Zeynalova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.

Qeyd edək ki, Türkiyədən Azərbaycana gətirilən 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti