...

Oğuz sakini ov tüfəngi ilə ehtiyyatsız davrandığına görə yaralanıb

Gündəm Materials 4 Noyabr 2023 09:36 (UTC +04:00)
Oğuz sakini ov tüfəngi ilə ehtiyyatsız davrandığına görə yaralanıb

Bakı. Trend:

Oğuz sakini ov tüfəngi ilə ehtiyyatsız davrandığına görə yaralanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti