Bakı. Trend:
Aralıq dənizinin şərqində Türkiyə Respublikasının Silahlı Qüvvələrinin təşkilatçılığı ilə "Mavi Balina - 2024" təlimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, təlimdə ümumilikdə 13 ölkədən 62 dəniz və hava qüvvə və vasitələri təlim tapşırıqlarını icra edərək, sualtı müdafiə döyüşlərinə, eləcə də müştərək dəniz əməliyyatlarına aid bilik və bacarıqlarını təkmilləşdiriblər.
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu "Mavi Balina - 2024" təlimində müşahidəçi qismində iştirak edib.