...

Gürcüstandan gətirilən pirotexniki vasitələr müsadirə olunub

Hadisə Materials 6 Dekabr 2017 12:05 (UTC +04:00)
Gömrükdə Gürcüstandan Azərbaycana gələn avtomobildə 18 qutu pirotexniki vasitə aşkar edilib.
Gürcüstandan gətirilən pirotexniki vasitələr müsadirə olunub

Bakı. Trend:

Gömrükdə Gürcüstandan Azərbaycana gələn avtomobildə 18 qutu pirotexniki vasitə aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuiat xidmətindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 2101" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətinə mütləq bəyan edilməli olan və ya gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.

Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin alt hissəsindən gömrük nəzarətindən gizlədilən üzərində "BIG SILVER CRACKER" sözləri yazılan 18 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti