...

Su anbarlarında su qurtarıb - Paytaxt narahatdır

Hadisə Materials 14 Dekabr 2017 09:19 (UTC +04:00)
Ankaranın bütün su anbarlarında içməli su minimum həddə çatıb.
Su anbarlarında su qurtarıb - Paytaxt narahatdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankaranın bütün su anbarlarında içməli su minimum həddə çatıb. Trend-in məlumatına görə, bu barədə paytaxtın Su Təchizatı Baş İdarəsi xəbər yayıb.

Məlumata görə, hazırda Ankara su anbarlarında içməli su səviyyəsi 20,74 % təşkil edir ki, bu da paytaxtın su təminatına müəyyən problemlər yaradır.

Ankarnın 3 su anbarında olan suyun səviyyəsinin cəmi 18,85 % olduğu bildirilib.

Ankara Su Təchizatı Baş İdarəsi bunun səbəbini isə açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti