...

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Hadisə Materials 14 Mart 2019 10:05 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Martın 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti