...

Oğuzda 3 ha sahədə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 12 Mart 2020 22:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Oğuz rayonunun Mollalı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Oğuzda 3 ha sahədə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 18:43-də yayımlanıb

Bakı. Trend:

Oğuz rayonunun Mollalı kəndi yaxınlığında, dağlıq ərazidə 3 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

XXX

18:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Oğuz rayonunun Mollalı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 3 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti