Bakı.Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 65 milyon ABŞ dolları dəyərində 133,1 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu göstərici dəyər baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 128,1 milyon ABŞ dolları və ya 66,3 faiz, həcm baxımından isə 60 min ton və ya 31,1 faiz azdır.
Ötən ilin ilk on ayı ərzində Azərbaycandan Türkiyəyə 193,1 milyon ABŞ dolları dəyərində 354,3 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilmişdi.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 10,9 milyard ABŞ dollarından çox dəyərdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulu ixrac edib.
