...

Naxçıvanda avtomobil piyadaları vurdu - Yaralananlar var

Hadisə Materials 13 May 2025 23:07 (UTC +04:00)
Naxçıvanda avtomobil piyadaları vurdu - Yaralananlar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil yolu keçmək istəyən piyadalar - 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızını, Quliyeva Dərya Səməd qızını, İsayeva Əfsanə İsa qızını və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzərini vurub.

Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Gülsüm Quliyevanın vəziyyətinin ağır olduğu bildirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti