...

İKİ QARDAŞ MİNAYA DÜŞÜB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2005 17:52 (UTC +04:00)

İyulun 31-də Azərbaycan Respublikası Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində iki qardaş - 1990-cı il təvəllüdlü Emin və 1992-ci il təvəllüdlü Elvin Süleymanovlar mal-qara otararkən tank əleyhinə mina partlayışı baş verib. Bu barədə Trend agentliyinə Azərbaycan ərazilərin minalardan təmizlənməsi üzrə milli agentlikdən (ANAMA) bildirilib.

Məlumatda deyilir ki, partlayış nəticəsində böyük qardaş Emin yerindəcə keçinib, kiçik qardaş isə ağır vəziyyətdə Sarıcalı kənd xəstəxanasına , oradan isə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.

ANAMA -nın məlumatına əsasən, 2001-ci ildən 64 belə hadisə nəticəsində 42 nəfər həlak olmuş, 72 nəfər isə müxtəlif dərəcəli xəsarət almışdır.

Xəbər lenti

Xəbər lenti