...

Yeni siyasi blokun yaradılması baş tutmadı

Siyasət Materials 8 Fevral 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir S.İlhamqızı/Azərbaycanda sol təmayüllü partiyaların siyasi blokunun yaradılması baş tutmadı. Bu barədə Trend ə AKP-nin keçmiş sədri Rüstəm Şahsuvarov məlumat verib.

Şahsuvarov ötən ay bildirmişdi ki, kommunist partiyalarının yeni siyasi birliyi yaradılacaq. Bura beş siyasi partiyanın daxil olması planlaşdırılırdı.

Şahsuvarov bildirib ki, AKP-də ona qarşı çevriliş baş verdikdən sonra, solçuların blokunun yaradılması planları da təxirə düşdü.

AKP-nin yaradıcı Ramiz Əhmədov ötən il vəfat etdikdən sonra partiya iki yerə - sədr müavinləri Rüstəm Şahsuvarov və Rauf Qurbanovun tərəfdarlarına bölünüb. Hər iki tərəf ayrı-ayrılıqda AKP adından öz qurultaylarını keçiriblər. Bu ilin yanvarında Şahsuvarovun sədrlik etdiyi AKP-də ona qarşı narazılıq yaranıb və sədr vəzifəsindən uzaqlaşdırılıb.

"AKP-də mənə qarşı çevriliş edən şəxslər məhz kommunistlərin blokunun yaradılmasını istəmirdilər. Onlar hər bir siyasi qüvvəyə, o cümlədən digər kommunist partiyalarını da rəqib görürlər və özlərindən daha ağıllı, bacarıqlı adamlarla bir qurumda təmsil olunmaqdan çəkinirlər"-deyə Şazsuvarov bildirib.

O, əlavə edib ki, AKP-də baş vermiş hadisələrə görə, hazırda solçu qüvvələrin birliyinin yaradılması mümkün deyil.

Şahsuvarov hazırda yeni yaradılacaq Yeni Nəsil Azərbaycan Kommunist Partiyasının təşkilat komitəsində təmsil olunur. O, artıq Rauf Qurbanovun sədrlik etdiyi AKP-ni legitim hesab edir.

Xəbər lenti

Xəbər lenti