...

Dağlıq Qarabağ münaqişəsində Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 27 Fevral 2008 01:42 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Polşa, Varşava. 26 fevral / Trend / Fevralın 26-da geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski birgə mətbuat konfransı keçirmişlər.

Lex Kaçinski dedi ki, "artıq iki ildən çoxdur ki, biz əməkdaşlıq edirik. Lakin bu səfər ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu səfər elə bir vaxta təsadüf edir ki, ölkələrimiz arasında münasibətlər olduqca sıx, strateji xarakter daşıyır. Azərbaycan Polşanın strateji müttəfiqidir. Polşa öz xarici siyasətində Azərbaycanın Avratlantik strukturlara inteqrasiya olunmasına yardım göstərməyi vacib hesab edir".

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə Lex Kaçinski bildirdi ki, "Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və biz bu mövqeyi dəstəkləyirik". O vurğuladı ki, baxmayaraq ki, Polşanın Ermənistanla da münasibətləri var, Varşava münaqişənin həllini beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır.

Prezidenti İlham Əliyev iki dövlət arasında münasibətlərin möhkəmlənsini, siyasi dialoqun dərinləşsdiyini, iqtisadi əlaqələrin inkişafı üçün çox gözəl perspektivlər olduğunu bildirdi.

Hazırda ölkələr arasında çox geniş enerji dialoqun aparıldığlnl qeyd edən İlham Əliyev dedi ki, "Biz indi Xəzər dənizi-Qara dəniz-Baltik dənizi əməkdaşlıq çərçivələrini müəyyən edirik və bu istiqamətdə enerji amili, əlbəttə, mühüm rol oynayır. Azərbaycan həm neft, həm də qaz hasil və ixrac edən ölkəyə çevrilmişdir. Bizim zəngin yataqlarımızdakı neft-qaz artıq dünya bazarlarına, o cümlədən Avropa İttifaqı bazarına çatdırılmışdır. Gələcəkdə biz öz hasilatımızı daha da artıracağıq".

Xəbər lenti

Xəbər lenti