...

Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı təsdiq edilib

Siyasət Materials 10 İyun 2008 20:24 (UTC +04:00)

Azərbaycan,Bakı,10iyun/ Trend / Prezident İlham Əliyev çərşənbə axşamı "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqram ölkədə müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədilə qəbul edilib. Sərəncama əsasən,Təhsil Nazirliyi Dövlət Proqramının əlaqələndirici orqanıdır. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti