...

Türkiyə və İran münasibətlərin pisləşməsinə yol verməməlidir - XİN

Siyasət Materials 6 Aprel 2012 18:10 (UTC +04:00)
Türkiyə və İran bəzi qüvvələrə ölkələr arasında strateji münasibətləri korlamağa imkan verməməlidir.
Türkiyə və İran münasibətlərin pisləşməsinə yol verməməlidir - XİN

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

Türkiyə və İran bəzi qüvvələrə ölkələr arasında strateji münasibətləri korlamağa imkan verməməlidir. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib.

Onun sözlərinə görə, hər iki ölkədən istənilən şəxsin çıxışı və bəyanatı İran və Türkiyənin strateji münasibətlərinə mənfi təsir etməməlidir.

"Türkiyə-İran münasibətləri üçün həlledici qərar yalnız hər iki ölkənin rəsmi şəxslərinin bəyanatları olmalıdır", - Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran və Türkiyə regionun iki güclü və nüfuzlu dövlətidir. Onlar ümumi tarixi və mədəni köklərə malikdir. Bir çox siyasi və beynəlxalq məsələlər üzrə Türkiyə və İranın yaxın mövqeləri var.

Xəbər lenti

Xəbər lenti