...

Gürcüstanda azərbaycanlı tələbələr parlament qarşısında aksiya keçiriblər

Siyasət Materials 24 Aprel 2012 16:37 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Tələbələr Assosiasiyasının üzvləri çərşənbə axşamı Gürcüstan parlamenti qarşısında aksiya keçirib.
Gürcüstanda azərbaycanlı tələbələr parlament qarşısında aksiya keçiriblər

Gürcüstan, Tbilisi, 24 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Azərbaycanlıları Tələbələr Assosiasiyasının üzvləri çərşənbə axşamı Gürcüstan parlamenti qarşısında aksiya keçirib. Trend-in məlumatına görə, onlar müxalifətdən olan deputat Condi Baqaturiyanın çıxışına etiraz ediblər.

Baqaturiya bu gün parlamentdə bəyan edib ki, Gürcüstan parlamentinin "erməni soyqırımı"nı tanımaqdan imtina etməyə əsası yoxdur. Bu çıxış parlamentin deputatı, əslən azərbaycanlı Azər Süleymanovu hiddətləndirib və o, Baqaturiyanı təhqir edib. Bu zaman Baqaturiya həmkarına qələm atıb. Az sonra baş qaldıran davaya başqa deputatlar da qoşulub.

Parlamentin qarşısındakı aksiya iştirakçıları bəyan ediblər ki, Baqaturiya satılıb və tarixən sübut olunmuş faktları deyil, tarixçilərin mübahisə predmeti olanı tələb edir. Hiddətlənmiş tələbələr, əslən azərbaycanlı olan Gürcüstan vətəndaşları əllərində "Baqaturiya satqındır", "Baqaturiya təxribatçıdır" kimi şüarlar tutublar.

Onlar xatırladıblar ki, Azərbaycan kəndində yüzlərlə qadını və uşağı qətlə yetirən ermənilər "Xocalı faciəsinin müəllifləridirlər".

Qeyd edək ki, Gürcüstan parlamentinin sədri David Bakradze artıq Baqaturiyanın çıxışını ölkədə müxtəlif etnik qruplar arasında parçalanma cəhdi kimi qiymətləndirib. O, bütün tərəfləri sakitliyə çağırıb.

Xəbər lenti

Xəbər lenti