Bakı. Elmira Tariverdiyeva - Trend:
NATO Cənubi Qafqaza daha çox diqqət ayırmalı və region ölkələri ilə münasibətləri qurmalıdır.
Trend-in məlumatına görə bu, ABŞ ordusunun polkovniki Robert E.Hamiltonun “Foreign Policy Research Institute” tərəfindən dərc olunmuş məqaləsində yazılıb.
Məqalədə qeyd olunur ki, SSRİ-nin dağılmasından sonra NATO bütün diqqətini Gürcüstana yönəldib.
Amma Cənubi Qafqaz regionuna kifayət qədər diqqətin ayrılmaması uzunmüddətli perspektivdə mənfi nəticələrə gətirib çıxara bilər. Müəllif yazır ki, bəzi addımlar regionun stabilləşməsinə və NATO-nun maraqlarının müdafiəsinə kömək edə bilər.
Bunun üçün ilk növbədə NATO Azərbaycan və Ermənistanla olan kanalları saxlamaqla Gürcüstanla münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi siyasətini davam etdirməlidir.