...

Mogerini: Azərbaycan və Aİ yeni sazişlə bağlı danışıqlarda böyük irəliləyişə nail olub

Siyasət Materials 20 Dekabr 2017 17:22 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlarda böyük irəliləyişə nail olub
Mogerini: Azərbaycan və Aİ yeni sazişlə bağlı danışıqlarda böyük irəliləyişə nail olub

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlarda böyük irəliləyişə nail olub.

Trend-in məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhülkəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini deyib.

Onun sözlərinə görə, 1996-cı ildə Aİ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında Saziş imzalandıqdan sonra çox şey dəyişib: “Bizim münasibətlərimiz tərəfdaşlığımızın dərinliyini və gücünü əks etdirir və əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üçün əsas verir. Biz yeni saziş üzrə danışıqlarda irəliləyiş əldə etmişik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti