...

MSK sədri parlament seçkilərinin vaxtının dəyişdiriləcəyini istisna etməyib

Siyasət Materials 2 May 2024 16:16 (UTC +04:00)
MSK sədri parlament seçkilərinin vaxtının dəyişdiriləcəyini istisna etməyib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiyamızın tələbinə görə parlament seçkiləri bu il noyabr ayının əvvəlində olmalıdır.

Trend xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, hər yerdə də səsləndirilir ki, ola bilsin noyabrda olacaq. Lakin COP29 tədbirinə görə seçkilər önə də çəkilə bilər.

"Ona görə vaxtımız çox azdır və işimiz çoxdur. İndidən maarifləndirmə işlərinə başlamalıyıq. Hesab edirəm ki, bununla bağlı zəmin var. Maksimum çalışmalıyıq ki, dairələrdə hər hansı problem olmasın",- deyə o qeyd edib.

Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alınaraq 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti