Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sülh sazişini regionda sabitlik və sülh üçün çox vacib hesab edirik.
Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə KİV-ə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə tərəflərin razılaşmaya yaxınlaşdığını görməkdən məmnundur.
"Sərhədlə bağlı son razılaşma bu tərəqqinin bariz nümunəsidir.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə-Ermənistan münasibətləri də normallaşacaq",- deyə H.Fidan bildirib.