...

Avstraliya vətəndaşlarına göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib

Siyasət Materials 20 İyun 2025 11:01 (UTC +04:00)
Avstraliya vətəndaşlarına göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya vətəndaşlarına göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Avstraliyanın xarici işlər naziri Penni Vonq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, bundan əvvəl Avstraliya hökuməti təhlükəsizliklə bağlı vəziyyətinin pisləşməsi səbəbindən İrandakı bütün avstraliyalı rəsmi şəxslərin və onların ailə üzvlərinin təxliyəsi və Tehrandakı səfirliyin fəaliyyətinin qeyri-müəyyən müddətə dayandırılması barədə qərar qəbul etmişdi.

“Xarici İşlər və Ticarət Nazirliyi İrandan çıxan avstraliyalılara dəstək göstərmək məqsədilə konsulluq əməkdaşlarını Azərbaycana göndərir. İrandan təhlükəsiz şəkildə çıxa biləcək avstraliyalılara bunu indi etmələrini ciddi şəkildə tövsiyə edirik. Çıxa bilməyənlərə və ya çıxmaq istəməyənlərə isə ehtiyat tədbirlərinə ciddi şəkildə əməl etməyi tövsiyə edirik”, – deyə Vonq daha əvvəl bildirmişdi.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, İsrail-İran müharibəsi başlayandan 600-dən çox şəxsin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən rahat keçidi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti