...

Bakıda qanunsuz qum istismarı ilə məşğul olan texnikalar aşkarlanıb

Cəmiyyət Materials 1 Fevral 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 5 ədəd özüyükləyən texnikanı qanunsuz qum istismarı ilə məşğul olduğu yerdə saxlayıb. Bu barədə cümə günü Trend ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti Qaradağ rayon Polis Idarəsinin nümayəndələri ilə birgə "Yerin təki haqqında" Azərbaycan qanununun tələblərinə riayət olunması vəziyyətinə nəzarət məqsədilə rayonun dəniz sahiliboyu ərazilərində və digər qumsal sahələrdə mütəmadi reydlər həyata keçirir. Qaradağ rayonunun Şıxlar qum yatağı ərazisində keçirilən növbəti reyd zamanı yerin təkindən istifadə qaydalarının pozulması faktı aşkar edilib.

Məlumata görə, baxış zamanı Şıxlar kəndi ərazisindəki keçmiş "Şıxlar Qum zavodu"na məxsus qumsal sahədə 2 ədəd KATO və KON markalı ekskavator və 1 ədəd Draqlayn özüyükləyən texnikanı qanunsuz olaraq qum istismarı ilə məşğul olduğu yerdə saxlanılıb. Sənədləşmə işləri aparılaraq saxlanılan texnikalardan 2 ədəd rezin təkərli KON akt əsasında Qaradağ rayonunun 11-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib, qalanları isə tırtıllı olduğundan hərəkətlərinin məhdudluğu nəzərə alınaraq ərazidən çıxarılıb.

Aparılan ölçmələr nəticəsində 10687,5 m3 qumun qanunsuz istismar olunduğu və təbiətə 58781 manat 25 qəpik ziyanın dəydiyi müəyyən edilib.

Həmin ərazilərdə qanun pozuntularının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti