...

Röya məşhur kosmetika şirkətinin siması oldu

Cəmiyyət Materials 20 Fevral 2008 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. TrendLife Günel Əhmədova/

Röyanın Türkiyəyə səfərinin əsas məqsədini TrendLife açıqlayan ,ötən gün Röya ilə Bakıya qayıdan mətbuat əlaqələndirici Ülviyyə Alovlu bu barədə eksklüziv açıqlama verdi. Öyrəndik ki, müğənni məşhur kosmetika firmalarından birinin (adı reklam olmasın deyə açıqlanmır) reklam çəkilişlərində iştirak edib. 72 ölkədə, eyni zamanda Azərbaycanda distribütöru olan kosmetika firmasının reklam çarxlarının siması bu dəfə Röya olub. Çəkilişdən öncə firmanın Türkiyədə fəaliyyət göstərən fabrik və satış şəbəkələri ilə tanış olan müğənni əməkdaşlığın Azərbaycan civarında davam etdirilməsi üçün danışıqlar aparıb. Bu məqsədlə nəzərdə tutulan Türkiyə səfərinin yaxın günlərdə yenidən təkrarlayacaq müğənni yeni planlar hazırlayır.

Mətbuat katibinin əlavəsinə görə, yaxın muüddətdə Azərbaycanda firmanın iri satış mərkəzlərinin açılışı nəzərdə tutulub. Eyni zamanda, Röya firma nümayəndələri ilə birgə həbsxanalara baş çəkib, kasmetikadan ibarət hədiyyələrlə qadınları sevindirməyi düşünür. Örəndik ki, bu ideya gələn ay, 8 Mart Beynəlxaq Qadınlar Günündə gerçək həllini tapacaq. Röya bir yox, bir neçə həbsxanada olmağı düşünür ki, hələlik onların ünvanları dəqiqləşdirilir.

Əlavə edək ki, sözügedən mövzu ilə bağlı müğənni mətbuat konfransı keçirməyi düşünür.

Xəbər lenti

Xəbər lenti