Azərbaycan, Bakı, 27 fevral /müx. TrendLife Eldar Hüseynzadə/
Bakı Dövlət Sirki şagirdlərin yaz tətilinə "Baharın 20-ci anı" adlı yeni bayram proqramı hazırlayır. Bu haqda TrendLife-a sirkin mətbuat-xidmətindən xəbər verilib. Proqramda Böyük Moskva Sirkinin klounları, əhilləşdirilmiş heyvanlar iştirak edəcək.