...

Gürcüstanın xalq müdafiəçisi Gürcüstan azərbaycanlılarının problemlərini dinləyəcək

Cəmiyyət Materials 28 Oktyabr 2010 20:34 (UTC +04:00)
Gürcüstanın xalq müdafiəçisi Kvemo Kartli regionunda kompakt yaşayan azərbaycanlıların problemləri ilə tanış olacaq.
Gürcüstanın xalq müdafiəçisi Gürcüstan azərbaycanlılarının problemlərini dinləyəcək

Gürcüstan, Tbilisi, 28 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xalq müdafiəçisi Kvemo Kartli regionunda kompakt yaşayan azərbaycanlıların problemləri ilə tanış olacaq. Cümə günü Georgi Tuquşi yerli vaxtla saat 12:00-da yerli əhali ilə görüşəcək. Bu barədə Trend-ə Gürcüstan xalq müdafiəçisinin Marneulidəki nümayəndəsi Emil Ocaqquliyev deyib.

Görüş Marneulidə Mədəniyyət Evində keçiriləcək. Mərkəzə öz problemləri barədə danışacaq yerli azərbaycanlılar toplaşacaqlar.

Ocaqquliyevin sözlərinə görə, görüşə Tuquşiyə öz problemlərini danışacaq azərbaycanlı müəllimlər də gəlmək niyyətindədirlər.

Bütün Gürcüstan üzrə məktəblərin optimallaşdırılması nəticəsində məktəblər bağlanır və müəllimlər işsiz qalır. Analoji vəziyyət Kvemo Kartlidə də hökm sürür.

Xəbər lenti

Xəbər lenti