Fotoşəkillər əlavə olunub ( İlk xəbər saat 04:51 yayımlanıb)
"Avroviziya 2011" müsabiqəsinin nəticələri elan olunandan sonra Bakının küçələrində azərbaycanlı duetin yarışmada qələbəsi qeyd olunmağa başlandı.
Yüzlərlə Bakı sakinləri bayraqlar əlində "Azərbaycan, Azərbaycan!" "Eldar!,Nigar!" qışqıraraq Azadlıq meydanına toplaşırlar.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").
Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.
Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.