...

Ukraynanın dəmiryol operatoru Krıma bilet satışını dayandırır

Cəmiyyət Materials 11 Aprel 2014 16:55 (UTC +04:00)
Ukraynanın "Ukrzaliznitsa" Dövlət Dəmiryol Nəqliyyatı Administrasiyası mayın 27-dən etibarən Krıma biletlərin satışını müvəqqəti dayandırır.
Ukraynanın dəmiryol operatoru Krıma bilet satışını dayandırır

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Ukraynanın "Ukrzaliznitsa" Dövlət Dəmiryol Nəqliyyatı Administrasiyası mayın 27-dən etibarən Krıma biletlərin satışını müvəqqəti dayandırır. Trend-in məlumatına görə, bu barədə "RBK-Ukrayna" müəssisənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumatda deyilir: "Tanınmamış "Krım Dəmir Yolları" dövlət müəssisəsi tərəfindən 2014-2015-ci illər üzrə qatarların hərəkət qrafikində "Ukrzaliznitsa" ilə razılaşdırılmadan, özbaşına düzəlişlər edilməsi ilə əlaqədar mayın 27-dən etibarən reysə yola düşən bütün qatarlara biletlərin ilkin satışının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib. Ukrayna ərazisi ilə hərəkət edən dövlətdaxili və beynəlxalq qatarlara bilet satışı həyata keçirilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti