...

Magistraturaya qəbulun birinci mərhələsi üzrə sınaq imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 5 Fevral 2018 14:57 (UTC +04:00)
Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə keçirilən sınaq imtahanının nəticələri elan edilib.
Magistraturaya qəbulun birinci mərhələsi üzrə sınaq imtahanının nəticələri açıqlanıb

Bakı. Trend:

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə keçirilən sınaq imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, fevralın 4-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 14:40-dan etibarən elan edib.

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1307 nəfərdən 25 nəfəri imtahana gəlməyib. 1282 nəfərin imtahan nəticələri DİM-in internet portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti