...

Bakıya elektrik mühərrikli avtobus gətirildi

Cəmiyyət Materials 28 Dekabr 2023 16:00 (UTC +04:00)
Bakıya elektrik mühərrikli avtobus gətirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı və icrasına başladığı "Bakı şəhərinin mobillik proqramı" çərçivəsində paytaxta sınaq məqsədilə daha bir istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilib.

Trend nazirliyə istinadən xəbər verir ki, əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.

Çinin "YUTONG Bus Co., Ltd." şirkəti ilə əməkdaşlıq çərçivəsində artıq müəyyən qədər istismar edilmiş “Zhongtong” markalı elektrik mühərrikli avtobus Özbəkistandan Bakıya gətirilib və yenidən istismara verilib.

Məqsəd elektrik mühərrikli avtobusların məhz bir müddət istismar olunduqdan sonra necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır. Avtobusun ümumi sərnişin tutumu 85 nəfərdir.

Yaxın günlərdə isə ölkəmizə digər şirkətin istehsal etdiyi daha bir elektrik mühərrikli avtobus gətiriləcək. Avtobuslar sınaq müddətində yoxlanılaraq qiymətləndiriləcək. Nəticələrə uyğun olaraq, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqinə baxılacaq.

Sentyabr ayından Bakıda marşrut xəttinə Çinin “BYD” şirkətindən alınan ilk elektrik mühərrikli avtobus buraxılıb. Avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti