Bakı. Trend:
Sabah Bakının Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə C.Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.