Bakı. Trend:
Rus bölməsi üzrə müsahibəyə yazılma prosesi 6 may tarixindən etibarən həyata keçirilir və 20 may 2025-ci il saat 18:00-da başa çatacaq.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, müsahibədə iştirak edib uğur qazanan uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi 17 iyun 2025-ci il saat 11:00-dan etibarən aktiv ediləcək:
"Müsahibədə uğur qazanmayan uşaqlar üçün isə 14 may tarixindən 03 iyun tarixinə qədər mektebeqebul.edu.az saytının "Əlaqə" bölməsindən "Apellyasiya komissiyasına müraciət" mövzusunu seçərək müsahibəni təşkil edən yerli bölməyə müraciət prosesi davam edəcək".
Qeyd edilib ki, apellyasiyanın nəticələri barədə məlumat qeydə alınan müraciət əsasında valideynin iştirakı ilə yenidən müsahibənin videoyazısına baxılması və nəticə barədə Əlaqə bölməsi vasitəsilə diqqətə çatdırılır.
Xatırladaq ki,12 may tarixindən etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili prosesinə start verilib.