ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanın "ikinci qrup" statusunda adının olması insan alverinə qarşı mübarizə sahəsində irəliləyişdən xəbər verir. Bu barədə Trend ə Azərbaycan DİN-nin insan alverinə qarşı mübarizə idarəsinin rəisi Rafiq Abbasov məlumat verib.
Əvvəllər respublika "ikinci qrup"dan bir dərəcə aşağı olan "ikinci nəzarət qrupun"da yerləşib.
Qeyd edək ki, 2007-ci ilin yanvarından respublika ərazisində insan alveri ilə bağlı 25 fakt qeydiyyata alınıb. Bunun nəticəsində 24 cinayət işi qaldırılıb, həbs olunan 22 nəfər məsuliyyətə cəlb olunub, insan alveri ilə məşğul olan 3 nəfər və 1 qruplaşma həbs olunub.