...

Mouranın het-triki "Tottenhem"i UEFA Çempionlar Liqasının finalına yüksəltdi (VİDEO)

İdman Materials 9 May 2019 01:13 (UTC +04:00)
UEFA Çempionlar Liqasının sonuncu yarımfinal oyunu keçirilib.
Mouranın het-triki "Tottenhem"i UEFA Çempionlar Liqasının finalına yüksəltdi (VİDEO)

Bakı. Rauf Quliyev - Trend:

UEFA Çempionlar Liqasının sonuncu yarımfinal oyunu keçirilib.

Trend-in məlumatına görə, "Tottenhem" klubu səfərdə "Ayaks" komandası ilə qarşılaşıb. İlk oyunda öz meydanında 0:1 hesabı ilə məğlub olan londonluları çətin matç gözləyirdi.

Oyunun 5-ci dəqiqəsində meydan sahiblərinin hesabı açması "Tottenhem"in işini daha da çətinləşdirdi. Fərqlənən isə Matteys de Liqt oldu. Ardınca 35-dəqiqədə Hakim Ziyeş "Ayaks"ı hesabda daha da irəli çıxardı.

İkinci hissənin əvvəlində (55-ci dəqiqə) "Tottenhem"in futbolçusu Lukas Moura komandasını ümidləndirdi, cəmi 4 dəqiqə sonra isə Moura hesabı bərabərləşdirdi. Son dəqiqəyəcən qeyri-mümkün görsənsə də, Moura oyuna əlavə olmuş dəqiqələrdə (90+6) qol vurdu və komandasını finala çıxardı.

Beləliklə, 2018-2019-cu il mövsümü UEFA Çempionlar Liqasının final matçı "Liverpul" və "Tottenhem" komandaları arasında keçiriləcək. Oyun iyunun 1-də Madriddə, "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti