...

Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” isə “Neftçi”ni qəbul edəcək

İdman Materials 20 Avqust 2023 08:33 (UTC +04:00)
Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” isə “Neftçi”ni qəbul edəcək

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulacaq.

Trend-in məlumatına görə, günün ilk oyununda son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Üç xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.

Turun sonuncu matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Rəqibindən bir oyun az keçirən meydan sahibləri 3 xalla 4-cü, “ağ-qaralar” isə 1 xalla 8-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Turan Tovuz" səfərdə "Kəpəz"i 2:0, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti