...

Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK

İdman Materials 4 May 2024 11:17 (UTC +04:00)
Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK

Bakı. Trend:

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev zədədən qayıtdıqdan sonra ilk yarışında bürünc medal qazanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, Dubayda keçirilən beynəlxalq yarışda finiş xəttinə üçüncü çatıb.

Quliyev 200 m məsafəni 20,77 saniyəyə qət edib.

Dünya və Avropa çempionu qazandığı medalı belə şərh edib: “Zədədən sonra ilk yarışım yaxşı keçdi. Bundan sonra keçiriləcək yarışlarda Paris-2024 Yay Olimpiya Oyunları üçün xal toplayacam. Qarşıda daha 5 yarış var. İnanıram ki, Olimpiya Oyunlarında iştirak edə biləcəm”.

Qeyd edək ki, Quliyev ötən il zədələndiyi üçün yarışlarda iştirak edə bilməyib.

Xəbər lenti

Xəbər lenti